39 nəfərə fəxri adlar verildi
ESTAFET/ “5 mart - Bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adlar verilib.
Gənclər və idman nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu dəfə 39 nəfər fərqləndirilib.
Onlardan 19-u fəxri bədən tərbiyəsi və idman işçisi, 14-ü Azərbaycan Respublikasının əməkdar məşqçisi, 2-si Respublika dərəcəli hakim adına layiq görülüb.
4 nəfər isə Əməkdar idman ustası fəxri adını alıb.