Millimiz Moldova ilə qarşılaşır
ESTAFET/ Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün futzal üzrə Azərbaycan milli komandası Moldova yığması ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlər və media üçün qapalı olacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Hakimlər: Giulio Colombin (İtaliya), Daniele D'adamo (San Marino), Əli Cəbrayılov (Azərbaycan)
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan)
Hakim-inspektor: Petrou Antonis (Kipr)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)