Alaba da yeni müqavilədən imtina etdi

ESTAFET/ “Bavariya”nın futbolçuları ilə problemləri səngimək bilmir. Almaniya klubunun daha bir oyunçusu ilə yeni müqavilə imzalamaq cəhdi uğursuz olub.

David Alabadan sonra yarımmüdafiəçi Kinqsli Koman da sözləşməsini yeniləmək təklifini rədd edib. Bundesliqa təmsilçisi onun 2023-cü ilədək olan anlaşmasını daha 3 il müddətinə uzatmağa çalışıb. Lakin Koman “yox” cavabını verincə danışıqlar dondurulub.

Qeyd edək ki, Kinqsli Komanda “Bavariya”ya 2017-ci ildə 17 milyon avroya “Yuventus”dan keçib.

Müəllif: Bəhruz MƏMMƏDOV