FIFA 3 rusiyalı barədə intizam işi açdı

ESTAFET/ FIFA rusiyalı futbolçularla bağlı intizam işi açıb. İki kişi və bir qadın futbolçu 2013-cü ildə antidopinq qaydalarını pozmaqda şübhəli hesab olunur.

Bu futbolçuların adları hələlik açıqlanmır. Həmin oyunçuların milli komandalara çağırılan futbolçulardan olmadığı bildirilir.

Rusiya Futbol İttifaqı məsələ ilə bağlı FİFA ilə daim təmasdadır. Qurum futbolçulara zəruri hüquqi yardım göstərəcəyini açıqlayıb. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV