Holandın transfer qiyməti açıqlandı

ESTAFET/ Dortmundun “Borussiya” klubu futbolçusu Erlinq Holandın transfer qiymətini müəyyənləşdirib. Almaniya təmsilçisi norveçli hücumçunu istəyən bütün klublara eyni qiyməti “oxuyub”.

“Borussiya” Holand üçün 250 milyon avro istəyir. Forvarda belə yüksək qiymətin qoyulması isə dortmundluların onu buraxmamaq istəyini göstərir.

Qeyd edək ki, skandinaviyalını heyətinə qatmaqda “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Real” maraqlıdır.

Müəllif: Orxan NOVRUZOV