Braziliyada məşqçi istefasına limit tətbiq olunacaq

ESTAFET/ Braziliya futbolunda yeni limit tətbiq olunacaq. Klublar yerli federasiyanın məşqçilərin istefasına limit qoyulması təklifini dəstəkləyib.

Bundan sonra hər klub mövsüm ərzində yalnız bir dəfə baş məşqçisini dəyişə bilər. Əgər ikinci dəfə çalışdırıcı işindən azad edilsə, bu vəzifəni ən azı 6 ay orada çalışan klub əməkdaşlarından biri əvəzləməlidir.

Baş məşqçilər də mövsüm ərzində bir klubdan ayrıla bilər. Çalışdırıcı ikinci dəfə istefa versə və ya göndərilsə, mövsümün sonunadək heç bir kluba rəhbərlik etməyəcək.

Qeyd edək ki, A seriyası klublarından 11-i bu qərarın lehinə, 9-u əleyhinə səs verib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV