Məcidovun peşəkar rinqdə 4-cü sınağı

ESTAFET/ Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə növbəti döyüşünün vaxtı və rəqibi müəyyənləşib. Həvəskarlar arasında üçqat dünya çempionu növbəti sınağına aprelin 17-də çıxacaq.

Ağır çəkidə mübarizə aparan təmsilçimiz rusiyalı Andrey Fedosovla üz-üzə gələcək. Görüş ABŞ-ın Florida ştatında baş tutacaq.

Bu, indiyədək keçirdiyi hər üç görüşdə nokautla qalib gələn Məcidovun peşəkar karyerasında 4-cü qarşılaşma olacaq. Son dəfə ötən ilin noyabrında rinqə çıxan boksçu təxminən 5 aydan sonra gücünü sınayacaq. 

Qeyd edək ki, iki illik fasilədən sonra rinqə çıxacaq rusiyalının hesabında isə 31 qələbə və 3 məğlubiyyət var.

Müəllif: Natiq NƏSİROV