Gimnastlarımız Dünya Kubokunda ikinci oldular

ESTAFET/ Bolqarıstanın Sofiya şəhərində keçirilən Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri üzrə çoxnövçülük yarışlarında milli komandamız uğurla çıxış edərək II yeri qazanıb.

İki çıxışın yekunlarına görə, komandamız 70.950 balla turnirin qalibi olan meydan sahiblərindən geri qalıblar. Bolqarlar 84.350 balla əlçatmaz olublar. Bürünc mükafata isə yapon gimnastlar (70.650) sahib çıxıblar.

Müəllif: Natiq NƏSİROV