Mbappe Olimpiya Oyunlarından imtina etdi

ESTAFET/ Fransa yığmasının və PSJ-nin futbolçusu Killian Mbappe Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmamağa qərar verib. Ulduz hücumçunun yarışa yollanmaqdan imtinası koronavirus pandemiyası üzündən AVRO-2020 və Tokio-2020-nin təxirə salınması ilə bağlıdır.

Mbappe Fransa yığması ilə ötən il təşkil olunacaq hər iki turnirə qatılmağı planlaşdırırdı. Lakin yarışların bu ilə təxirə salınması onun planlarına təsir edib. Mbappe AVRO-2020-dən sonra Olimpiada deyil, gələcək karyerası barədə düşünməyə üstünlük verib. O, PSJ-də qalacağı, yoxsa Avropa nəhənglərindən birinə keçəcəyi ilə bağlı qərar verəcəyi vaxt Tokio-2020 barədə düşünmək istəməyib.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək, Tokio-2020 isə iyulun 21-dən avqustun 7-dək keçiriləcək. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV