YELKƏNÇİLƏRİMİZ SLOVENİYADAN QAYIDIRLAR

ESTAFET/ Xəbər verdiyimi kimi, yelkənçilərimiz 08-17 Aprel 2017-ci il tarixində, Sloveniyada keçirilən ənənəvi "Optimist Sailing Point Regatta 2017" və "Laser Izola Spring Cup” yarışlarında ediblər.


Ölkəmiz ikinci dəfə beynəlxalq reqattada və ilk dəfə “Laser” üzrə yarışda iştirak etmiş, 5 "Optimist" və 3 "Laser" yelkənçi yarışlarda öz güclərini göstərmişdir.


Gənc idmançılarımız, yarış öncəsi keçirilən bir neçə günlük peşəkar məşqlərin ardından “Optimist” yarışlarının 2-ci günündə 500 yelkənçi arasında 15-ci olaraq siyahıya daxil ola bilmiş, yüksək və uğurlu nəticələr göstərərək ölkəyə qayıtmışlar. Qeyd edək ki, yarış zamanı ən azyaşlı yelkənçi Azərbaycan bayrağı altında üzən, Kristina Kərimova idi.

 

Bu beynəlxalq yarışda Azərbaycanı "Optimist" sinfi üzrə Murad İsmayılov, Rafiq Orucov, Murad Allahverdi, İsmayıl Kərimov və Kristina Kərimova, "Laser" sinfi üzrə isə Selcan Abbas, Cavid Kərimov və Ammar Hatim təmsil edirdilər.

 

Yelkənçilərimizin əsas hədəfi iyul ayında keçiriləcək “Optimist” sinfi üzrə Avropa və Dünya Çempionatlarında ölkəmizi yüksək şəkildə təmsil edib, Azərbaycan bayrağını ucaltmaqdır.