"Çox çətin olduğunu başa düşürük": Kazemiro

ESTAFET/ İspaniyanın “Real” klubu həm Çempionlar Liqası, həm La Liqanın qalibi olmaq üçün sonadək mübarizə aparacaq.
Bunu Madrid təmsilçisinin futbolçusu Karlos Kazemiro açıqlayıb.
O bildirib ki, hər iki turnirdə titul qazanmaq iddiasındadırlar: “Bütün dünya bilir ki, biz buna qadirik və bunu etmək gücündəyik. Biz də sonadək mübarizə aparacağıq. Çox çətin olduğunu başa düşürük. Amma hər iki titul üçün döyüşəcəyik”.
