Riberi 9 ildən sonra yenidən fərqləndi

ESTAFET/ İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi qırmızı vərəqə alıb. 37 yaşlı veteran A seriyasının “Cenoa” ilə görüşündə meydandan qovulub.

Riberi sonuncu dəfə təxminən 9 il əvvəl belə ağır cəza alıb. O, 2011-ci ilin dekabrında qırmızı vərəqə görüb. Həmin vaxt fransalı Almaniyada “Bavariya”nın formasını geyinirdi.

Müəllif: Bəhruz MƏMMƏDOV