Millimizin Slovakiya ilə oyun üçün heyəti

ESTAFET/ Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiyaya yollanıb. Azərbaycan Futzal Federasiyasının rəsmi saytının məlumatına görə, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.

Joze Alesionun yetirmələri Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. “Astrum Laus” otelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. 

Buna görə də Joze Alesio 3-ü qapıçı olmaqla, bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. 

Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

1. Rövşən Hüseynli - Araz-Naxçıvan
2. Emin Kürdov - EKOL
3. Cavad Məmmədov - Neftçi İK
4. Xətai Bağırov - Araz-Naxçıvan
5. Rizvan Fərzəliyev - Araz-Naxçıvan
6. Fineo De Araujo - Araz-Naxçıvan
7. İsa Atayev - Araz-Naxçıvan
8. Amir Şojaei - Araz-Naxçıvan
9. Ramiz Çovdarov - Araz-Naxçıvan
10. Tofiq Mikayılov - EKOL
11. Eduardo Borges - ACCSS FUTSAL (Fransa)
12. Everton Kardoso - Levante (İspaniya)

Müəllif: Orxan NOVRUZOV