Ali Koç koronavirusa yoluxub

ESTAFET/ “Fənərbaxça”nın prezidenti Ali Koç koronavirusa yoluxub.
Bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, “sarı-lacivərdlilər”in rəhbərindən götürülən testin nəticəsi pozitiv çıxıb. Ali Koç karantin dönəmini evində keçirəcək, müayinə olunacaq.
