YELKƏNÇİLƏRİMİZİN BOLQARISTAN UĞURU
ESTAFET/ Yelkənçilərimizin çalışqanlığı və federasiyanın fəaliyyəti artıq öz nəticəsini göstərməyə başlayır. Xəbər verdiyimiz kimi yelkənçilərimiz 27 Aprel – 1 may 2017-ci il tarixlərində Bolqarıstanda Optimist üzrə keçirilən "Regatta Port Bourgas 2017" turnirinə qatılmışdılar.
Burcu Algon Giorgianninin və "Optimist" sinfi üzrə məşqçi Seyhun Yıldızın iştirakı ilə 4 yelkənçimiz (Kristina Kərimova, Rafiq Orucov, Murad Allahverdi, Murad Hacı) yarışda iştirak edirdi.
Dünyanın 9 ölkəsindən 148 yelkənçinin iştirak etdiyi yarışda təmsilçilərimiz göstərdiyi nəticələri artıq böyük uğurların başlanğıcı kimi göstərmək olar. Belə ki, təmsilçimiz Murad Hacı keçirilən 9 yarışın 4-cüsündə 74 nəfər arasında 5-ci, Rafiq Orucov isə 5-ci yarışda eyni sayda yelkənçi arasında 6-cı olaraq sahilə çatıblar.
Qeyd edək ki, yarışın ən az yaşlı xanım yelkənçisi Azərbaycan formasında olan Kristina Kərimova 25 nəfər idmançını geridı qoyaraq finiş xəttinə uğurla çatmışdır.