“Minay” prezidentinə sanksiya tətbiq edildi

ESTAFET/ Ukraynanın “Minay” klubunun prezidenti Valeri Peresolyaka sanksiyalar tətbiq olunacaq.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi klubun rəhbəri Ukraynanın kontrabandaçılarının “Top-10”unda yer alıb. Qərara əsasən, onların aktivləri dondurulub, ticarət əməliyyatları məhdudlaşdırılıb, həmçinin digər sanksiyalar tətbiq edilib. Bu cəzalar 3 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Peresolyak “Minay”ı 2015-ci ildə Yevgeni Pıavayko və Artyom Pismenni ilə birlikdə yaradıb.

Müəllif: Natiq NƏSİROV