La Liqa klubunda yeni baş məşqçi

ESTAFET/ İspaniyanın "Alaves” klubu yeni baş məşqçi ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, La Liqa təmsilçisi Xavyer Kalyexa ilə anlaşıb. 42 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Son olaraq "Osasuna” komandasında çalışan ispan mütəxəssis "Alaves”də Abelardo Fernandesi əvəzləyib.
Qeyd edək ki, "Alaves” La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.
