Belarusu millimizlə oyuna Kondratyev çıxaracaq

ESTAFET/ Futbol üzrə Belarus yığma komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Yığma komanda Georgi Kondratyevə tapşırılıb.

61 yaşlı belaruslu mütəxəssis yığmaya iyundakı yoldaşlıq görüşlərində rəhbərlik edəcək. Belarus millisi iyunun 2-də Azərbaycanla, iyunun 7-də isə Sierra-Leone ilə üz-üzə gələcək. Hər iki görüş Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək. 

Qeyd edək ki, Kondratyev ötən gün istefa vermiş Mixail Marxelin köməkçisi olub. Keçənlərin tanınmış hücumçusu 2012-14-cü illərdə də millisinin baş məşqçisi olub. Həmçinin, Belarusun 21 yaşlılardan ibarət yığmasıa baş məşqçi kimi Avropa çempionatının bürünc medallarını qazandırıb.  

Müəllif: Natiq NƏSİROV