“Yuventus”un “qara siyahı”sında 9 futbolçu var

ESTAFET/ Ciddi maliyyə böhranı yaşayan “Yuventus” bunu yoluna qoymaq üçün mövsümün sonunda bir neçə futbolçusunu satmağı planlaşdırır.
“Qoca sinyora” 113,7 milyon avroluq zərəri qarşılamaq niyyətindədir.
Rəhbərliyin “qara siyahı”sındakı oyunçular da artıq bəllidir. A seriyasının son qalibi Ueston Makkenni, Merih Demiral, Aleks Sandro, Adrien Rabyo, Aaron Remsi, Federiko Bernardeski və Paulo Dibala üçün gələcək təklifləri nəzərdən keçirəcək. Həmçinin icarə əsasında “Lion” və “Bavariya”da çıxış edən Mattia De Şilyo ilə Duqlas Kosta da gələn mövsümün heyətinə cəlb olunmayacaq.
Turinlilərin digər variantı isə hücumçu Kriştianu Ronaldonu satmaqdır.
