Gimnastlarımız Misirdə gümüş qazandı

ESTAFET/ Bu gün Azərbaycan təmsilçiləri Misirin Qahirə şəhərində keçirilən aerobika gimnastikası üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıblar.

Belə ki, aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Xatırladaq ki, turnir 10 aprel tarixində yekunlaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV