Gimnast qızlar onlayn turnirdə ikinci oldular

ESTAFET/ Dünən bədii gimnastika üzrə yığma komandamızın üzvləri Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə bədii gimnastika üzrə onlayn turnirdə iştirak ediblər.
Ölkəmizi Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.
3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə qrup komandamız gümüş medal qazanıb.
