Yeniyetmə şpaqaçılarımız müküfatsız qaldılar

ESTAFET/ Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində yeniyetmə şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Təmsilçilərimizdən qrup mərhələsini 2 qələbə ilə bitirən Nazilə Rəhimova və Azərin İdriszadə pley-offa yüksəlməyi bacarıb. Nazilə pley-offda özbəkistanlı şpaqaçı Şaxzoda Egamberdiyeva (11:15), Azərin İdriszadə isə yunan idmançı Andriana Teodoropoluya (10:15) uduzub.

Qrup mərhələsini qələbəbsiz başa vuran Alfiya Abdinova və hesabında 1 qələbəsi olan Fuad Qurbanov isə mübarizəni erkən dayandırıb.

Sabah yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulacaq.Turnirin son günündə gənc şpaqaçılarımız komanda yarışında çıxış edəcək.Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinova ibarət komandamız Kolumbiya, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv isə Argentinanı təmsil edən şpaqaçılarla qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV