Harri Liniker Peresin fikirlərini tənqid etdi

ESTAFET/ İngiltərə millisinin sabiq futbolçusu Harri Liniker yeni yaradılan Superliqanın və “Real”ın prezidenti Florentino Peresin futbol matçlarının vaxtının azaldılması barədə fikirlərinə münasibət bildirib.

Futbol veteranı ispaniyalının ideyasına rişxəndlə yanaşıb.

O, hətta Peresin sözlərinə “ilişmək”dən də çəkinməyib: “Gözəl ideyadır. Gəlin hər biri 5 dəqiqə olan iki hissə oynayaq və 45 dəqiqə reklam fasiləsi edək. Bu oğlan...”.

Liniker sosial şəbəkədəki paylaşımına ürəyi bulanan insan işarəsi də yerləşdirib. O, bununla Superliqa ideyasına yanaşmasını nümayiş etdirib.

Müəllif: Natiq NƏSİROV