Avrokubok mövsümü başa çatdırılacaq

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının cari mövsümdəki yarımfinal oyunları təqvimə uyğun şəkildə keçiriləcək.

Superliqa klublarını turnirdən kənarlaşdırmaqla hədələyən UEFA belə sərt cəzaya əl atmayacaq.

Çempionlar Liqasının yarımfinalında oynayacaq komandalardan üçü – “Çelsi”, “Mançester Siti” və “Real”, Avropa Liqasında mübarizəni davam etdirənlərin ikisi – “Arsenal”la “Mançester Yunayted” Superliqaya qatılan klublardır. Daha öncə onların avrokuboklardan dərhal kənarlaşdırılacağı və mümkün variantlar müzakirə olunurdu.

Müəllif: Natiq NƏSİROV