AÇ-2017: KARATE - QIZLAR ƏLİBOŞ DÖNÜR
ESTAFET/ Qadınlardan ibarət karate yığmamızın Avropa çempionatındakı çıxışı uğursuz alınıb.
Xəbər verdiyimiz kimi, Türkiyənin Kocaeli şəhərində karate üzrə 52-ci Avropa çempionatı keçirilib. Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevadan (+68 kq) ibarət komandamız nə fərdi yaışlarda, nə də komanda yarışında uğur qazana bilməyiblər.
Komanda yarışlarında ilk görüşdən Sloveniya yığmasına 0:2 hesabı ilə məğlub olan qızlarımız son Avropa çempionu titulundan məhrum olaraq, mübarizəni dayandırıblar.
Fərdi mübarizədə də komanda üzvlərimizdən heç biri fəxri kürsüyə qalxmağı bacarmayıb. Onların keçirdikləri görüşləri və nəticələri təqdim edirik.
50 kq
1/16 final: Nuranə Əliyeva - Adriana Kronkova (CZE) 1:3
55 kq
1/16 final: İlahə Qasımova - Suzanna Luçiç (SRB) 2:0
1/8 final: İlahə Qasımova - Ana Draskoviç (MNE) 0:2
61 kq
1/16 final: Fəridə Abiyeva - Yelena Maksimoviç (MNE) 0:2
68 kq
1/16 final: İrina Zaretska - Ameliya Harvey (ENG) 3:0
1/8 final: İrina Zaretska - Şerelin Vold (NED) *0:0
1/4 final: İrina Zaretska - Kristina Qonzalez (ESP) 2:2*
+68 kq
1/8 final: Fəridə Əliyeva - Lotte Andersen (NOR) 5:0
1/4 final: Fəridə Əliyeva - Dominka Tatarova (SVK) 0:1