“Çelsi”dən azarkeşinə 10 illik cəza
ESTAFET/ “Çelsi” klubu azarkeşlərindən birini antisemitizmə görə cəzalandırıb. Londonluların fanatının sosial şəbəkədə antisemit ifadələr yayımlaması ona baha başa gəlib.
“Zadəganlar” məsələni araşdırdıqdan sonra həmin fanatın 10 il müddətinə komandanın oyunlarını izləmək üçün tribunaya buraxılmasını qadağan edib. Yayılan bəyanatda bu kimi halların bağışlanılmaz olduğu vurğulanıb: “Nə oyunumuzda, nə də cəmiyyətimizdə irqçilik, antisemitizm, homofobiya, cinsiyyətçilik və ya hər hansı bir ayrı-seçkiliyə yer ola bilməz. Cəmiyyətdə olduğu kimi, idmanda da internetdəki paylaşımların küçədəki davranışlarla eyni olmadığı bir mühit yaratmalıyıq”.
“Çelsi”nin sahibi Roman Abramoviç də məsələyə münasibət bildirib: “Dünyada irqçilik və antisemitizmə yer yoxdur. Futbolçulara qarşı irqçilik və təhqirlər məni şoka salır”. (apasport.az)