İtaliya çempionu məlum oldu

ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün qalibi məlum olub. Sona 4 tur qalmış bu ada “İnter” layiq görülüb.

34-cü turun bu gün keçirilən "Sassuolo" - "Atalanta" görüşündə qeydə alınan 1-1 hesabı məsələyə aydınlıq gətirib. Bu nəticə ilə 69 xalı olan “Atalanta” və "Milan"ın 82 xala malik “İnter”ə çata bilməyəcəyi rəsmiləşib.

Qeyd edək ki, bu, “İnter”in tarixində 19-cu İtaliya çempionluğudur. Sonuncu dəfə bu komanda 2009/10 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qalibi olmuşdu.

Müəllif: Orxan NOVRUZOV