Keynin arzuladığı komanda

ESTAFET/ İngiltərə millisi və “Tottenhem”in futbolçusu Harri Keynin oynamaq istədiyi komanda bəlli olub.

Hücumçu karyerasını “Barselona”da davam etdirməyi arzulayır.

27 yaşlı futbolçunun nümayəndələri artıq klub rəhbərliyi ilə danışıqlara da başlayıb. Lakin hələlik razılıq əldə olunmayıb. İspaniya nəhəngi hələlik Serxio Aquero, Memfis Depay və Lautaro Martinesin transferində maraqlıdır.

Qeyd edək ki, Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Müəllif: Natiq NƏSİROV