Ali Koç yenidən namizəd oldu

ESTAFET/ “Fənərbaxça”nın prezidenti Ali Koç növbəti seçkilərdə də namizədliyini irəli sürəcək. Bunu klub rəhbəri təşkil etdiyi mətbuat konfransında deyib.

O bildirib ki, birinci dönəmində uğursuz olsa da, yenidən prezident seçildikdən sonra daha böyük işlər görəcək: “Növbəti mövsüm çempionluğa favorit biz olacağıq. Heyətimizin 70 faizi buna hazırdır. “Fənərbaxça”nın sükanı arxasındakı ikinci dönəmim tam fərqli keçəcək”.

Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkilərinin 12-13 iyunda keçirilməsi qərara alınıb.

Müəllif: Natiq NƏSİROV