Azərbaycan yığması ikinci oldu

ESTAFET/ Ukraynada təşkil olunan Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə ikinci yeri tutub.

Buna son turun Ukrayna – Özbəkistan matçından sonra aydınlıq gəlib. Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub. 

Milli komandamız isə ikinci yeri tutub. Milan Obradoviçin yetirmələri lk oyunda Ukrayna yığması üzərində 1:0 hesablı  qələbə qazansa da, ertəsi gün Özbəkistan yığması ilə qarşılaşmada eyni hesabla məğlub olub.

Müəllif: Bəhruz MƏMMƏDOV