Son 15 ildə Avrokubokların finalında İspaniya - İngiltərə dueli
ESTAFET/ Son 15 ildə İspaniya ilə İngiltərə klubları arasında avrokuboklarda 10 final matçı keçirilib. Bir qayda olaraq bütün həlledici görüşlərdə ispanlar rəqibini üstələyib.
Bir neçə gün əvvəl “Vilyarreal”la “Mançester Yunayted” arasında baş tutan Avropa Liqasının final qarşılaşmasında da ənənə pozulmayıb.
Son 15 ildə iki ölkə nümayəndələri arasında keçirilən final matçlarına nəzər yetirək.
“Sevilya” – “Midlsbro” 4:0
2006-cı il, UEFA Kuboku
“Barselona” – “Arsenal” 2:1
2006-cı il, Çempionlar Liqası
“Barselona” – “Mançester Yunayted” 2:0
2009-cu il, Çempionlar Liqası
“Atletiko” – “Fulhem” 2:1
2010-cu il, Avropa Liqası
“Barselona” – “Mançester Yunayted” 3:1
2011-cu il, Çempionlar Liqası
“Atletiko” – “Çelsi” 4:1
2012-ci il, UEFA Superkuboku
“Sevilya” – “Liverpul” 3:1
2016-cı il, Avropa Liqası
“Real” – “Mançester Yunayted” 2:1
2017-ci il, UEFA Superkuboku
“Real” – “Liverpul” 3:1
2018-ci il, Çempionlar Liqası
“Vilyarreal” – “Mançester Yunayted” 1:1 (penaltilərlə 11:10)
2021-ci il, Avropa Liqası