CÜDO FEDERASİYASI BÖLGƏLƏRDƏ GÖRÜŞLƏRİ DAVAM ETDİRİR
ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Qəbələ İdman Klubunun cüdoçuları ilə görüşüblər. Onlar ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qəbələ, İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.