Azərbaycanın ən güclü qadın şahmatçısı müəyyənləşdi

ESTAFET/ Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başa çatıb. Naxçıvanda keçirilən yarışın qalibi adını Gülnar Məmmədova qazanıb. 

O, 11 turdan 9 xal toplayıb. İkinci yeri liderdən 1,5 xal az yığan Gövhər Beydullayeva tutub. “Üçlüy”ü yeri isə Beydullayeva kimi 7,5 xala malik Zeynəb Məmmədyarova qapayıb. O, rəqibindən əlavə əmsallara görə geri qalıb. 

Qeyd edək ki, çempionatda 12 şahmatçı mübarizə aparıb. 

Müəllif: Natiq NƏSİROV