Aquerodan möhtəşəm vida

ESTAFET/ İspaniya “Barselona”sına keçən Serxio Aquero “Mançester Siti” ilə vidalaşıb. Argentina millisinin futbolçusu İngiltərə klubunun əsas komandasının bütün əməkdaşlarına hədiyyə verib.

Hücumçu vidalaşmazdan öncə klubun 60 əməkdaşının hər birinə saat bağışlayıb. Bunlar hər biri 1000 funt sterlinqdən yuxarı qiymətə olan “Hublot” və “Tag Heuer” markalı saatlardır. Həmin saatların üzərində “Gracias! Kun Aguero” (Təşəkkürlər! Kun Aquero) ifadəsi həkk olunub.

Bundan başqa, Aquero əməkdaşlar arasında lotereya keçirib. Ö, özünün “Range Rover Evoque” avtomobilini hədiyyə edəcəyi şəxsi bu yolla müəyyənləşdirib. Bu hədiyyəni komandanın geyimlə məşğul olan əməkdaşı udub. O, həmçinin futbolçuların klub əməkdaşlarına cari yardım üçün böyük vəsait ödəyib.

Müəllif: Natiq NƏSİROV