Lisenziyalaşdırma qrupu UEFA seminarında

ESTAFET/ Oktyabrın 2-dən 4-dək Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçiriləcək.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev və qrupun baş eksperti Bəhram Dadaşovun iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq: 

 

  •          Ötən lisenziyalaşdırma mövsümünün icmalı
  •          UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər
  •          UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı
  •          Lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr
Müəllif: Natiq NƏSİROV