ADAU məzunu “Arena Grand Master” tituluna layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin məzunu Anar Məmmədov Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən “Arena Grand Master (AGM)” tituluna layiq görülüb. Bu titul FIDE Online Arena sistemində təqdim edilən ən yüksək beynəlxalq qrossmeyster dərəcəsidir.
Anar Məmmədov 2009–2013-cü illərdə ADAU-da təhsil alıb, universitetin şahmat komandasının kapitanı kimi dəfələrlə yarışların qalibi olub və universiteti layiqincə təmsil edib.
Hazırda o, 11 ildən artıq təcrübəyə malik şahmat müəllimi kimi fəaliyyət göstərir və yetirmələri arasında beynəlxalq reytinqli şahmatçılar da yer alır.
Qeyd edək ki, Anar Məmmədov Gəncə şəhərindən “Arena Grand Master” tituluna layiq görülən ilk şahmatçı kimi bu uğurla şəhərin şahmat tarixində mühüm hadisəyə imza atıb.

