Yeniyetmə şpaqaçılarımız "Cadet Circuit" yarışında iştirak edib

ESTAFET/ Yeniyetmə qız şpaqaçılarımız Slovakiyanın paytaxtı Bratislavada keçirilən "Cadet Circuit" turnirində iştirak edib.

Şpaqaçılarımızdan qrup mərhələsində 6 görüşdən 4-nü qalib başa vuran Azərin İdriszadə pley-offda Slovakiya idmançısına 15:7 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə Yunanıstan təmsilçisinə 8:15 hesabı ilə məğlub olub.

Qrupda keçirdiyi 6 görüşdən 2-ni qələbə ilə bitirən Alfiya Abdinova pley-offda fransalı rəqibinə 5:15 hesabı ilə uduzub.

Qrup mərhələsində 1 qələbəsi olan Nazilə Rəhimova pley-offa yüksələ bilməyib.

Komanda yarıışında isə şpaqaçılarımız Yunanıstanı təmsil edən kollektivə 41:42 hesabı ilə məğlub olub.

Müəllif: Məsim MƏSİMZADƏ