Avarçəkənimiz "Prezident Kuboku-2024"-də üçüncü oldu
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Prezident kuboku-2022" reqatasının birinci gününə yekun vurulub.
Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 və 500 metr məsafədə kayak-kanoe yarışları keçirilib.
Azərbaycan avarçəkəni Amil Ramazanov birnəfərlik kayak qayığında 200 metr məsafəni 42 saniyəyə qət edərək üçüncü olub.
Yarışlar başa çatdıqdan sonra qalibləri mükafatlandırılması mərasimi keçirilib. Mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyanın prezidenti Mədət Quliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasına mayın 3-də Mingəçevirdə yekun vurulacaq. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.