Melbourne Grand Prix Circuit - Albert Park

ESTAFET/ Avstraliya Qran Prisi 1996-cı ildən etibarən Melburn şəhərində yerləşən Albert Park Şəhər Halqasında keçirilir. Şəhər mərkəzindən bir neçə kilometr cənubda yerləşən Albert Park ərazisində, süni yaradılmış gölün ətrafında salınan bu trek digər şəhər trekləri kimi müvəqqəti xarakter daşıyır. Belə ki, yarış zamanı yollar 4 günlük ümumi istifadəyə qapalı olur.      

Mövcud müqaviləyə əsasən azarkeşlər bu trekdə hələ 2023-cü ilədək Formula 1 yarışlarını izləyəcəklər. 

Bu trekin özəlliklərindən biri də, Formula 1 üzrə Dünya çempionatında mövsümə burada start verilməsidir. Yalnız 2006-ci il istisnadır ki, həmən il Melburn İngilisdilli Ölkələrin Oyunlarına ev sahibliyi edirdi. 

 

Treki qısa olaraq yaxından tanıyaq:

Yerləşdiyi məkan: Melburn, Avstraliya

Saat qurşağı: GMT +10

İlk yarış: 1996-cı il

Döngələr: 16

Dövrə sayı: 58

Dövrə uzunluğu:  5.303 km

Ümumi məsafə:  307.574 km

Dövrə rekordu: 1.24:125 (Mixael Şumaxer, 2004)

Keçirilən Qran Pri sayı: 22

Ünvan: Albert yolu 220, Cənubi Melburn, Viktoriya 3205

 

Müəllif: Natiq NƏSİROV