Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kuboku başa çatdı

2026-ci il aprelin 4-də Qazax Olimpiya Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyi tərəfindən Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kuboku keçirilib.

Yarışda ölkənin müxtəlif bölgələrindən 28 komanda, ümumilikdə 304 idmançı iştirak etdi. İdmançılar Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə bacarıqlarını nümayiş etdirdilər.

Kubokun məqsədi milli döyüş sənəti olan Alpaqutun ölkə üzrə inkişafını təmin etmək, gənclərin fiziki və mənəvi tərbiyəsində bu idman növünün rolunu artırmaq, həmçinin beynəlxalq yarışlara hazırlığı gücləndirməkdir.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədzadə, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov iştirak ediblər.

Çıxış edən rəsmi qonaqlar yarış iştirakçılarına uğurlar arzulayıb, bu cür yarışların gənclərin vətənpərvərlik ruhunda böyüməsində, fiziki hazırlığının artırılmasında və milli idman növlərinin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, Alpaqut idman növünün inkişafı və regionlarda idmana marağın artırılmasıdır.

Yarışın bədii hissəsi tamaşaçılarda xüsusi təəssürat yaradıb. Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim ediblər.

Yarışın Təşkilat Komitəsi

1. Təşkilat komitəsinin sədri: Tural Abasquliyev

2. Yarışın direktoru: Vasif Namazov.

3. Apellyasiya şurasının sədri: Qabil Hüseynov.

4. Baş katib: Rafiq Qasimov.

5. Baş hakim: Puri Elsever.

6. Texniki direktor: Cəfər Cəfərov

7. Nizam İntizam Komitəsinin sədr müavini: Ramil Mehdili

8. Parad Komitəsinin sədri: Nizami Ağayev

9. Mükafatlandırma komissiyasının üzvləri: Qabil Hüseynov

10. Mətbuat xidməti rəhbəri: Zarina Hüseynova

11. Yarışın Komendantları: Kənan Quliyev, Şahlar Vəliyev

Azərbaycan kubokunda iştirakçıların əzmi və mübarizəsi nəticəsində qalib idmançılara diplom və medal təqdim edilmişdir.

Komanda hesabı üzrə nəticələr:

1-ci Yer: Sabunçu komandası

2-ci Yer: Ağdam komandası

3-cü Yer: Şəmkir komandası

3-cü Yer: Beyləqan komandası

Bu nəticələr Alpaqutun inkişafını və gənclərin bu döyüş sənətinə olan marağını bir daha nümayiş etdirir. Gələcək yarışlar, bu uğurların artırılmasına və Alpaqutun daha geniş kütlələrə tanıdılmasına xidmət edəcəkdir.

Müəllif: Bəhruz MƏMMƏDOV