Bahrain International Circuit - Beynəlxalq Bəhreyn Halqası
ESTAFET/ Bəhreyn Qran Prisi 2004-cü ildən etibarən keçirilir. Yarışın keçirildiyi Bəhreyn Beynəlxalq Halqası (Bahrain International Circuit) Saxir səhrasında inşa edilmişdir.
14 sentyabr 2002-ci ildə Bəhreyn Krallığı Formula 1 yarışlarının keçirilməsi ilə bağlı müqavilə imzalayır və yeni trekin tikintisinə başlayırlar. Qerman Tilkenin layihəsi əsasında salınan trek 150 milyon dollara başa gəlir. Təşkilatçılar trekin 2004 Bəhreyn Qran prisinə yetişməyəciyindən ehtiyatlanaraq, buradakı yarışı təxirə salmaq istəyirdilər. Lakin, Berni Ekliston bununla əlaqədar olan təklifləri geri çevirir. Bəzi çatışmamazlıqlar qalsa da, Qran pri baş tutur.
Saxir treki 2007-ci ildə yüksək təhlükəsizlik, trek əməkdaşlarının peşəkarlığı, tibbi müdaxilə imkanlarının və digər infrastrukturun yüksək səviyyəsinə görə Beynəlxalq Avtoidman Federasiyasının (FIA) Mükəmməllik Mərkəzinin mükafatına layiq görüldü. Saxir bu mükafatı alan ilk trek oldu.
2011-ci ildə ölkədə baş verən daxili qarşıdurmalara görə Bəhreyn Qran Prisi təxirə salınıb.
Treki qısa olaraq yaxından tanıyaq:
Yerləşdiyi məkan: Saxir, Bəhreyn
Saat qurşağı: GMT +3
İlk yarış: 2004-cı il
Döngələr: 15
Dövrə sayı: 57
Dövrə uzunluğu: 5.412 km
Ümumi məsafə: 308.238 km
Dövrə rekordu: 1.31:447 (Pedro de la Rosa, 2005)
Keçirilən Qran Pri sayı: 13
Ünvan: