Baku City Circuit - Bakı Şəhər Halqası

ESTAFET/ Formula 1 üzrə Azərbaycan Qran Prisi 2016-cı ildən etibarən Bakı Şəhər Halqasında keçirilir. Burada ilk keçirilən yarış Avropa Qran Prisi adını almışdı. 2017-ci ildən sonra isə rəsmən Azərbaycan Qran Prisi adlandırılır.   

Halqa, məşhur arxitektor Qerman Tilkenin layihəsi əsasında Bakı Dənizkənarı bulvarı ətrafında salınıb. Halqada hərəkət saat əqrəbinin əksi istiqamətindədir.  

 

Treki qısa olaraq yaxından tanıyaq:

Yerləşdiyi məkan: Bakı, Azərbaycan

Saat qurşağı: GMT +4

İlk yarış: 2016-cı il

Döngələr:  20

Dövrə sayı: 51

Dövrə uzunluğu:  6.003 km

Ümumi məsafə:  306.049 km

Dövrə rekordu: 1.43:441 (Sebastyen Fettel, 2017)

Keçirilən Qran Pri sayı: 2

Ünvan: Zərifə Əliyeva 93, AZ1000 Bakı, Azərbaycan

 

Müəllif: Natiq NƏSİROV