FIBA prezidenti müvəqqəti olaraq vəzifəsini tərk etdi
ESTAFET/ FIBA prezidenti Hamade Nyanq vəzifəsini müvəqqəti tərk edib. Buna onunla bağlı araşdırmalara başlanılması səbəb olub.
FIBA onun Mali Basketbol Federasiyasına rəhbərlik etdiyi 1999-2007-ci illərdə qurumda baş verənləri araşdırır. Afrika ölkəsinin federasiyasında seksual təqiblərin olması ehtimal edilir. Nyanqın bu barədə məlumatlı olduğu iddiası araşdırılır.
Bu üzdən də qurum rəhbəri araşdırma müddətində postundan kənar qalmaq istəyib. FIBA iki məşqçi – Amadu Bambu və Umar Sissoko, həmçinin federasiya rəsmisi Hario Mayqunun da araşdırma bitənədək uzaqlaşdırılmasına qərar verib.