"Sabah"ın qələbə, "Neftçi"nin isə məğlubiyyət seriyası davam edir

10 dekabr Azərbaycan Basketbol Liqasında (ABL) iki oyun ilə 6-cı tura start verilib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən günün ilk görüşündə "Naxçıvan" 82-73 hesabı ilə "Neftçi" klubuna qalib gəlib. Bu qələbə "A" qrupunun ikinci pilləsində qərarlaşmış "Naxçıvan"nın mövqeyini möhkəmləndirib. Günün ikinci oyununda isə "Sərhədçi" 64-67 hesabı ilə "Sabah" klubuna məğlub olub. Məğlubiyyətsiz irəliləyən "Sabah" klubu "A" qrupunun vahid lideridir.

Qeyd edək ki, 6-cı turun digər oyunları ("Ordu"-"Sumqayıt", "Abşeron" - NTD, "Quba"-"Şəki", "Gəncə"-"Lənkəran") 11-14 dekabr tarixlərində baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ