1/8 finalın ilk cütü bəlli oldu: İtaliya - Avstriya

ESTAFET/ AVRO 2020-də 1/8 finalın ilk cütü müəyyənləşib. İyunun 26-da Londondakı “Uembli” stadionunda qarşılaşacaq hər iki komanda dəqiqləşib.
A qrupunun qalibi olan İtaliyanın 1/8 finaldakı rəqibi bu gün bəlli olub. Appeninlilər C qrupunun ikincisi Avstriya ilə görüşəcək.
Londondakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
