Millidən ayrılan məşqçi kompensasiyadan imtina etdi
ESTAFET/ Rusiya millisinin baş məşqçisi postundan ayrılan Stanislav Çerçesovla müqaviləyə xitam verilməsinin detalları bəlli olub.
Xarici mətbuatın məlumatına görə, Rusiya Futbol İttifaqı 58 yaşlı mütəxəssisə kompensasiya ödəməyəcək.
2016-cı ildən millini çalışdıran Çerçesov bu vəsaitin ödənməsindən imtina edib. Müqaviləsi Qətərdə keçiriləcək DÇ-2022-dən sonra başa çatacaq mütəxəssis təxminən ilyarımlıq maaşını ala bilərdi. Onun illik qazancı 2,5 milyon dollar təşkil edirdi.
Qeyd edək ki, AVRO-2020-də qrupda qalan Rusiya millisi uğursuzluq səbəbindən baş məşqçisi ilə vidalaşıb. (apasport.az)