Messi “Barselona”ya qayıda bilər
ESTAFET/ Argentinalı ulduz hücumçu Lionel Messi yenidən “Barselona”nın formasını geyinə bilər.
Ulduz futbolçu 2026-cı ilin əvvəlində Kataloniya klubuna qayıda bilər.
Vurğulanır ki, “Leo” doğma klubuna azad agent qismində gələ bilər, belə ki, onun hazırda çıxış etdiyi “İnter Mayami” ilə cari müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. “Leo” “blauqrana” ilə qısamüddətli müqavilə imzalaya və növbəti dünya çempionatına yaxşı hazırlaşa bilər.
Xatırladaq ki, Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılmışdı. Maliyyə çətinliklərinə görə Kataloniya klubu o zaman əsas ulduzuna yeni müqavilə təklif edə bilməmiş və “Leo”dan ayrılamağa məcbur olmuşdu. Messi o vaxt Fransa nəhəngi PSJ-yə qoşulmuşdu.