Şahmatda 19 illik rekord qırıldı

ESTAFET/ ABŞ şahmatçısı Abhimanyu Mişra tarixi nailiyyətə imza atıb. Tennessi ştatından olan idmançı dünya şahmat tarixinin ən gənc qrossmeysteri olub. 

O, 12 yaş 4 ay 25 günlüyündə üçüncü qrossmeyster dərəcəsini qazanaraq bu ada yiyələnib. Mişra bu uğuru dünən rəsmiləşdirib.

O, Macarıstanın paytaxtı Budapeştdəki “Vezerkepzo GM Mix” turnirində fərqlənib. Gənc şahmatçı yarışda 1-ci yeri tutub.

Amerikalı şahmatçı bununla da Sergey Karyakinin 19 il əvvəlki rekordunu qırıb. Rusiyalı 12 yaş 7 aylığında qrossmeyster olmuşdusa, Mişra onu 66 gün qabaqlayıb.

Müəllif: Natiq NƏSİROV