“Mançester Yunayted”i “Barselona”ya dəyişə bilər
ESTAFET/ “Mançester Yunayted”in hücumçusu Antoni Marsyal klubunu tərk edə bilər. Buna səbəb Fransa millisinin üzvünün əsas heyətə düşə bilməməsidir.
25 yaşlı forvard ön xətdəki rəqabətdə uduzduğu üçün komandasını dəyişmək barədə düşünür. Onun transferində ən çox israr edən klub isə “Barselona”dır. Kataloniya təmsilçisi hətta qış fasiləsində Marsyalı icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, cari mövsüm 9 oyunda 1 qol vuran Antoni Marsyalın transfer qiyməti 35 milyon avroya bərabərdir. (apasport)