"FORMULA-1" ÜÇÜN AZADLIQ MEYDANINDA XÜSUSUİ BİNA TİKİLƏCƏK

ESTAFET/ Avropa Qran Prisinə hazırlıqla bağlı "Bakıda keçiriləcək "Formula 1" üzrə bütün işlər qaydasındadır." Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Hazırda 6 km məsafədə yolların dəyişdirilməsi prosesi gedir: "Bu proses zamanı paytaxt sakinlərinə problem yaratmamağa çalışırıq. Amma işlər yumşaq formada aparılır, tıxaclara yol vermirik. Ən əsası, betonlamadan öncə yollarda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri yekunlaşıb".


Nazirin sözlərinə görə, artıq yarış üçün 300 metr uzunluğu, 21 metr genişliyi və 2 mərtəbəli bina sifariş olunub. Hazır şəkildə gələcək bina "Azadlıq" meydanında qurulacaq.


"Formula 1" üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.